Andrey Karlova sui-qəsdin planlaşdırıcısı adını dəyişdirib, Kanadada yaşayır
16.01.2026

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova suiqəst hazırlamaqda ittiham olunan Cemal Karaataş adını dəyişdirib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik mənbələri məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlinin planlaşdırıcılarından biri olan və Kanadaya qaçan FETÖ üzvü Cemal Karaataş adını Salih Ada olaraq dəyişdirib.

Məlumata görə, Cemal Karaataş hazırda Kanadada psixoterapevt kimi fəaliyyət göstərir.

Xatırladaq ki, 19 dekabr 2016-cı ildə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada silahlı hücum nəticəsində həyatını itirib.