İran proksi qüvvələri repressiyalara cəlb edib
16.01.2026

İranda etiraz aksiyalarının yatırılması və etirazçılara qarşı repressiyaların sürətləndirilməsi üçün İraq, Livan və başqa ölkələrdə İrana bağlı olan silahlı qruplaşma üzvləri cəlb olunub.

Bununla bağlı insan haqları təşkilatları və xarici media məlumat yayıb.

Məlumatlara görə, Həşdi-Şəbi, Fətimiyun, Zeynəbiyyun və Hizbullah qüvvələri ilk olaraq Tehranda işə qoşulublar.

Bununla yanaşı bildirilib ki, İran xalq etirazlarını basdırmaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib və bir sıra şəhərlərdə hərbi vəziyyət tətbiq edib.

Bundan əvvəl bəzi şəhərlərdə, o cümələdən güney Azərbaycan şəhərlərində də repressiyaçı qüvvələr arasında ərəbcə danışan xarici silahlı şəxslərin olduğu barədə məlumatlar yayılıb.

visiontv.az