Putin və Netanyahu İrandakı vəziyyəti müzakirə edib
16.01.2026

Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Visiomtv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər Yaxın Şərq və İrandakı vəziyyəti müzakirə ediblər.

Vladimir Putin regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün siyasi və diplomatik səylərin gücləndirilməsi ilə bağlı prinsipial yanaşmaları açıqlayıb. Rusiyanın vasitəçilik səylərini davam etdirməyə və bütün maraqlı dövlətlərin iştirakı ilə konstruktiv dialoqu təşviq etməyə hazır olduğu təsdiqlənib.