Prezident İlham Əliyev Daşkənddə Pakistanın Keçid Hökumətinin Baş naziri ilə görüşüb
09.11.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar ilə görüşü olub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalı dövründə, həmçinin 44 günlük Vətən müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi-diplomatik dəstəyini və Ermənistanın işğalçı dövlət kimi tanımasını yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Daşkənddə Pakistanın Keçid Hökumətinin Baş naziri ilə görüşüb