Çində aparılan araşdırmalara görə, yaxın 10 ildə ölkə əhalisinin sayı təxminən 60 milyon nəfər azalacaq.
Bu barədə "South China Morning Post" məlumat yayıb.
Bildirilir ki, bu göstərici təxminən bütün Fransanın əhalisinə bərabərdir.
Məlumata görə, ölkənin ən inkişaf etmiş bölgələrində əhalinin azalması müşahidə olunur ki, bu da ümumi istehlak səviyyəsinə və gələcəkdə əmək məhsuldarlığına təsir edəcək.
Məqalədə qeyd edilir ki, ölkədə iqtisadi daralma əmək məhsuldarlığına, istehlaka və sosial təminata mənfi təsir göstərəcək. Analitiklərin sözlərinə görə, proses son 40 il ərzində ölkənin iqtisadi artımını böyük ölçüdə təmin edən daha varlı sahilyanı əyalətlərinə də aid edilir.
visiontv.az