Cəbrayılda avtoxuliqanlıq edən sürücülər cərimələnib
15.04.2026

Cəbrayılda kobud qayda pozuntuları törədən sürücülər inzibati məsuliyyətə cəlb olunublar.

DİN-in Mətbuat xidmətinin regional qrupundan  verilən xəbərə görə, Cəbrayıl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısını alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir. 

Yoxlamalar zamanı rayon ərazisində saxlanılan sürücü Q. Qocayevin narkotikin təsiri altında və sürücülük hüququ olmadan avtomibili idarə etdiyi müəyyən edilib. Onun barəsində toplanmış material məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o, 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Bundan əlavə, keçirilən tədbirlər zamanı avtoxuliqanlıq hərəkətlərinə yol verən və spirtli içkinin təsiri altında avtomobil idarə edən 11 sürücü də müəyyən edilərək barələrində inzibati qaydada protokollar tərtib olunub.

visiontv.az