Ukraynada hərbi vəziyyət rejimi uzadılıb
28.04.2026

Ukrayna Ali Radası (parlamenti) hərbi vəziyyətin qüvvədə olma müddətini 90 gün uzadıb.

Bu barədə  Visiontv.az  "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir.

Ukraynada hərbi vəziyyətin qüvvədə olma müddəti 2026-cı il mayın 4-ü saat 05:30-dan etibarən 90 sutka uzadılır.

Xatırladaq ki, dünən Ukrayna Prezidenti  Volodimir  Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin qüvvədə qalma müddətinin uzadılması haqqında qanun layihəsini  Ali Radaya təqdim edib.

visiontv.az