İran polad məhsullarının ixracını qadağan edib
28.04.2026

İran İslam Respublikasının Gömrük Xidməti polad məhsullarının ixracına qadağa qoyub.

Bununla bağlı təlimat aidiyyəti qurumlara göndərilib.

Qeyd edək ki, ABŞ  və İsrailin İranla son müharibəsi zamanı ölkənin iri sənaye obyektləri, xüsusilə  Foolad Mobarakeh Esfahan və  Foolad Khuzestan kimi böyük metallurgiya müəssisələri ciddi zərər görüb. Rəsmi statistikaya əsasən, İran dünyada polad istehsalına görə 10-cu yeri tutur və ötən il ölkədə 32 milyon ton polad istehsal edilib.

visiontv.az