Paşinyandan Medvedevə kinayəli cavab: "Əsl təhlükənin rusiyalaşmaq olduğunu deyə bilərik"
08.10.2026

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin İrəvan üçün əsas təhlükənin ukraynalaşma olması ilə bağlı fikirlərinə münasibət bildirib. Nikol Paşinyan buna cavab olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öz müttəfiqlik borcunu icra etmədiyini vurğulayıb.

Visiontv.az  Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib:

"Bəs belə atmacalara və hədə-qorxulara nə ehtiyac var? Eyni düşüncə tərzi ilə mən və yaxud digər bir şəxs Rusiya ərazisindəki partlayışları və digər hadisələri əsas gətirərək, əsl təhlükənin rusiyalaşmaq olduğunu deyə bilər. Ermənistan elə Ermənistan olaraq qalır və başqa heç nəyə dönməyəcək".

visiontv.az