Komissiya sədrinin müavini: Suriyada 200 minə yaxın vətəndaş itkin düşüb
08.10.2026

Suriyada 100 mindən çox, bəzi hesablamalara görə isə 200 minə yaxın insan itkin düşmüş hesab olunur.

Bunu Suriyanın İtkin Düşmüş Şəxslər üzrə Milli Komissiyasının (NCMP) sədr müavini  Ammar Alesah İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın panel sessiyasında deyib.

O bildirib ki, Suriyada itkin düşmüş şəxslərin dəqiq sayı hələ müəyyən edilməyib.

Ammar  Alesahın sözlərinə görə, 2025-ci ilin mayında yeni Suriya hökuməti ilk dəfə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və onların ailələrinin hüquqlarının müdafiəsi ilə məşğul olan milli qurum yaradıb.

Sədri müavini qeyd edib ki, Suriyada Bəşər Əsəd rejimi dövründə bir sıra insanlar yoxa çıxıb, həbs edilənlər olub, eyni zamanda, İŞİD-in oğurladığı və hərbi əməliyyatlar, habelə miqrasiya nəticəsində itkin düşən suriyalılar var.

O əlavə edib ki, komissiyanın əsas prioritetlərindən biri müxtəlif qurumlarda olan məlumatların bir yerə toplanması üçün milli çərçivənin yaradılmasıdır.

visiontv.az