Bu ilin yanvar etirazlarından bu yana (8 yanvar 2026) İran həbsxanalarında 70 siyasi məhbus edam edilib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Onların 35-i etiraz aksiyalarına, 9-u müharibəyə və 26-ı isə başqa siyasi ittihamlara görə dar ağacından asılıb.
Bununla yanaşı daha 113-ü etiraz aksiyalarında həbs edilən 194 siyasi məhbus barəsində də edam hökmü çıxarılıb.
İnsan haqları təşkilatları və fəallarının fikrincə, bu rəqəm minimaldır və yalnız bildirilən və təsdiqlənmiş halları əhatə edir.
visiontv.az