"Hazırkı mürəkkəb dövrdə təmin etdiyimiz ərzaq təhlükəsizliyi məsələsi olduqca mühüm əhəmiyyət kəsb edir".
Bunu açıqlamasında Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç deyib.
"Həm Belarus məhsullarının Azərbaycan bazarına, həm də Azərbaycan mallarının Belarus bazarına ixrac həcmində müsbət dinamika müşahidə olunur. Biz əməkdaşlığımızı daha da genişləndirərək, Azərbaycanın emal müəssisələrini ərzaq xammalı ilə təmin edirik. Ehtimal ki, bu, ən vacib məqamlardan biridir. Bundan əlavə, ortaq kooperasiya məsələləri də gündəmdədir. Şübhəsiz ki, aqrar sektorda qapalı bir dövrə yaradacağıq və qida tədarükündən aqrosənaye kompleksi sahəsində, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində birgə layihələrin icrasına keçid edəcəyik".
Səfir, həmçinin premikslərin (heyvandarlıqda yemlərə qatılan bioloji aktiv maddələr - red.) , mineral gübrələrin tədarükü və onların Azərbaycanda istehsalı ilə bağlı qarşılıqlı fəaliyyət imkanlarını da nəzərdən keçirdiklərini bildirib.
"Təbii ki, ölkələrimiz arasında ərzaq təhlükəsizliyi sahəsindəki bu kompleks əməkdaşlıq dövrəsini tamamlayacaq birgə təhsil proqramları da planlaşdırılır", - deyə səfir vurğulayıb.
visiontv.az