"Onların ballistik raketləri varsa, onlardan mütləq qonşularına qarşı istifadə edəcəklər"
22.06.2026

İsrailin ABŞ-dəkı səfiri Trampın İranın ballistik raketləri ilə bağlı bəyanatına qarşı çıxıb.

"Tehranın qaniçən quldurları regiondakı digər dövlətlərin heç birinə bənzəmir. Əgər onların ballistik raketləri varsa, onlardan mütləq qonşularına qarşı istifadə edəcəklər", — İsrailin ABŞ-dəkı səfiri Leyter Trampın İrandan ballistik raketlərdən tamamilə imtina etməsinin tələb olunmadığı barədə bəyanatına bu cür reaksiya verib.

Bundan əvvəl ABŞ prezidenti qeyd etmişdi ki, İranın "bəzi raketləri olmalıdır, çünki digərlərində də var".

visiontv.az