Dron hücumu ilə əlaqədar Moskvanın bütün aeroportları müvəqqəti bağlanıb
22.06.2026

Moskvanın “Domodedovo”, “Şeremetyevo”, “Vnukovo” və “Jukovski” hava limanları müvəqqəti bağlanıb.

Ukraynanın dron hücumu ilə əlaqədar Moskvanın üç hava limanında 150-yə yaxın reys təxirə salınıb və ya ləğv edilib.

 “Şeremetyevo” aeroportunda təxminən 95 reys təxirə salınıb, hava limanı "Xalça" planına görə müvəqqəti bağlanıb.

“Vnukovo” və “Domodedovo” aeroportlarında isə təxminən 55 reys təxirə salınıb. Bildirilib ki, Moskvanın bütün aeroportlarında təyyarələrin uçuş və enişinə məhdudiyyət tətbiq olunub.

visiontv.az