Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub, açarlar təqdim olunub
22.06.2026

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub.

 Bu mərhələdə kəndə 20 ailə, ümumilikdə 89 nəfər köçürülüb. Doğma yurdlarına qayıdan sakinlərə fərdi yaşayış evlərinin açarları təqdim olunub.
Bildirilib ki, Şükürbəyli kəndi müasir standartlara uyğun şəkildə yenidən qurulub, burada sakinlərin rahat yaşayışı üçün zəruri infrastruktur yaradılıb.
Qeyd edək ki, kəndə ümumilikdə 615 ailənin, yəni 2522 nəfərin köçürülməsi nəzərdə tutulur. Bununla da işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində məskunlaşma prosesi davam edir.

visiontv.az