Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının sayı 1 003-ə çatıb, 254 xəstə ölüb.
Bu barədə EFE agentliyi yerli hakimiyyətə istinadən məlumat yayıb.
Konqo hakimiyyətinin son hesabatında qeyd edilib ki, virusun hazırkı növünə yoluxma nəticəsində ölüm səviyyəsi 25 % təşkil edir.
"Zərər çəkmiş ərazilərdə tədqiqatlar, epidemioloji nəzarət və profilaktik tədbirlər fəal şəkildə davam etdirilir. Onlar epidemiyanın yayılmasının qarşısını almaq üçün əhalinin məlumatlandırılması və yardım göstərilməsində səylərini artırmağa davam edirlər", - hesabatda vurğulanıb.
Epidemiyanın episentri Konqonun şərqindəki İturi əyaləti olaraq qalır, burada 205 ölüm halı qeydə alınıb.
visiontv.az