Moskvada milli mədəni irsin ən qədim elementlərindən birini qoruyub saxlamaq və təbliğ etmək məqsədi daşıyan Azərbaycanın “Yeləni” kəlağayı brendinin təqdimatı keçirilib.
“Caspian” kompleksində branç formatında keçirilən tədbir Ulduz Əsgərova və Rəna İsmayılovanın rəhbərlik etdiyi “Dostluq-Drujba” qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunub. Təqdimat Moskvadakı Azərbaycan icmasının nümayəndələrini bir araya gətirərib, səmimi ünsiyyət və yeni brendlə tanışlıq ab-havasında baş tutub.
Tədbir zamanı qonaqlara “Yeləni” brendinin yaradılması tarixi və Azərbaycan kəlağayısı sənəti haqqında məlumat verilib.
Dinara Məmmədovanın rəhbərlik etdiyi “Zümrüd” xoreoqrafiya ansamblının Azərbaycan milli rəqslərindən ibarət çıxışı tədbirə xoş ovqat qatıb.
“Yeləni” Azərbaycan brendi 2025-ci ildə Nigar Qazıyeva tərəfindən təsis edilib və adını eyniadlı kəlağayıdan götürüb. Hər bir kompozisiya Azərbaycanın tarixini, qadın obrazlarını, milli düşüncə tərzini və mədəni yaddaşını əks etdirir.
Qeyd etmək lazımdır ki, 2014-cü ildə kəlağayının hazırlanması və örtülməsi sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
visiontv.az