Starmer: Leyboristlər Partiyasının yeni liderinin seçkiləri iyulun 9-da başlayacaq
22.06.2026

Böyük Britaniyanın hakim Leyboristlər Partiyasının yeni liderinin seçilməsi prosesi iyulun 9-da başlayacaq.

Bu barədə  Kir Starmer Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verməsi ilə bağlı çıxışında bildirib.

“Leyboristlər Partiyasının yeni liderinin seçkiləri iyulun 9-da başlayacaq. Mən bu seçkilərdə iştirak etməyəcəyəm”, – Starmer qeyd edib.

Onun sözlərinə görə, partiyanın yeni lideri parlament sentyabr ayında fəaliyyətini bərpa etməzdən əvvəl seçiləcək.

visiontv.az