İsveçrədə ABŞ və İran arasında ekspertlər səviyyəsində danışıqlar başlayır
22.06.2026

İyunun 22-də İsveçrədə ABŞ və İran arasında əldə olunmuş memorandumun icra mexanizmləri və müvafiq komitələrin yaradılması üzrə ekspertlər səviyyəsində danışıqlara başlanılacaq.

 Bu barədə ISNA  agentliyi məlumat yayıb. Bildirilib ki, sənədin reallaşdırılması istiqamətində Birləşmiş Ştatlarla aparılacaq növbəti müzakirələrdə İranın ekspertlər heyətinə xarici işlər nazirinin müavini Kazem Qəribabadi rəhbərlik edəcək.

Qeyd edək ki, ABŞ  heyətinə vitse-prezident Cey Di Vens başçılıq edir. Qrupa, həmçinin Cared Kuşner və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff daxildirlər. İran nümayəndə heyəti isə parlamentin spikeri  Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri  Abbas Əraqçı tərəfindən təmsil olunur.

visiontv.az