Pentaqon İran əməliyyatı üçün Konqresdən pul istəyəcək
22.06.2026

The Wall Street Journal qəzeti yazıb ki, ABŞ Müharibə Nazirliyi (Pentaqon) İranla bağlı hərbi əməliyyatların və digər öhdəliklərin maliyyələşdirilməsi üçün Konqresdən əlavə 80 milyard dollar vəsait tələb etməyə hazırlaşır.

Məlumata görə, müdafiə nazirinin müavini Stiven Feynberq bu həftə Konqres üzvləri ilə telefon danışıqlarında əlavə maliyyələşməyə ehtiyac olduğunu bildirib.

Tələb olunan vəsaitin bir hissəsi İranla müharibənin xərclərinin qarşılanmasına, digər hissəsi isə hərbi əməliyyatlarla birbaşa bağlı olmayan öhdəliklərin maliyyələşdirilməsinə yönəldiləcək.

visiontv.az