İran prezidenti Məsud Pezeşkian parlamentdə qəbul edilən və Keşikçilər Şurası tərəfindən təsdiq olunan “casusluq cəzasının artırılması” qanununun icrası üçün müvafiq qurumlara göstəriş verib.
Bu haqda İran mediası məlumat yayıb.
Bu qanuna əsasən, “casusluq” və “düşmənlə əməkdaşlıq” kimi cinayətlərə görə ölüm cəzasının verilməsi hallarının artırılması nəzərdə tutulub.
Qanunun 1-ci maddəsində deyilir ki, “düşmən hökumətlər , o cümlədən İsrail, Birləşmiş Ştatlar və ya digər düşmən rejimlər, qruplar və ya onlara bağlı olan hər hansı qurumlar üçün ölkənin təhlükəsizliyinə zidd olaraq həyata keçirilən istənilən əməliyyat” ölümlə cəzalandırılacaq.
Bəzi müstəqil hüquq ekspertləri bu qanunun mətnini “qanunvericilik fəlakəti” kimi qiymətləndiriblər.
Onların fikrincə Tehran hökuməti bundan müxaliflərə və etirazçılara qarşı istifadə edəcək, narazıları aradan götürmək üçün onlara casusluq damğası vuracaq.
visiontv.az