Çarlz Manger (Charlie Munger, 1924-2023) son yüz ilin ən nüfuzlu iqtisadi-intellektual fiqurlarından biridir. Onu yalnız “milyarder investor” kimi tanımaq doğru deyil, Manger hər şeydən əvvəl bir düşüncə adamı idi. O, investisiyanı riyaziyyat, psixologiya, tarix, biologiya və fəlsəfənin sintezi kimi görürdü.
“Həyatım boyu tanıdığım ağıllı insanların hamısı daim kitab oxuyurdu. Bir nəfər də olsun istisna yoxdur”, – Mangerin çox bəyəndiyim sözüdür.
Burada “oxumaq” kitab fetişi deyil, zehni qidalanma deməkdir.
Munger əslində nəyə vurğu yapır?
1. Ağıl fitri hal deyil, yığımdır
Mangerə görə ağıllı insan hazır fikir istehsal etmir. O, başqalarının düşüncələrini yığır, müqayisə edir, filtrdən keçirir. Oxumayan adam isə təcrübəni sıfırdan yaşayır, eyni səhvləri təkrar edir, dar çərçivədən çıxmır.
2. Oxumamaq tək beyinlə yaşamaqdır
Mangerin düşüncə xəttinə görə oxuyan adam yüzlərlə beynin təcrübəsini daşıyır. Oxumayan adam isə təkcə öz səhvləri ilə öyrənir ki, bu da bahalı öyrənmə üsuludur.
3. “Daim oxuyurdu” – əsas söz buradır
Burada vacib vurğu “all the time” ifadəsidir, yəni gənc ikən yox, diplom üçün yox, bir dövr üçün yox, həyat boyu oxumaq lazımdır. Manger oxumağı vərdiş, refleks, düşüncənin əsas mexanizmi kimi görür.
Bu mesaj kimlərə ünvanlanıb?
“Mən təcrübə adanıyam” deyib oxumayanlara, “Təcrübə kifayətdir” deyənlərə, “Kitab vaxt itkisidir” düşünənlərə. Manger deyir ki, mən ağıllı deyə bildiyim heç kimdə bunu görmədim. Heç kimdə. Sıfır.
Ancaq Manger demir ki, oxuyan hər kəs ağıllıdır, o deyir ki, ağıllı olanların hamısı oxuyur.
Fərq incədir, amma həlledicidir.
99 il yaşamış Çarlz Manger ömrünün sonuna qədər oxuyurdu...
İbrahim Nəbioğlu
visiontv.az