İran ABŞ təyyarədaşıyanını vurduğunu iddia edir
03.03.2026

İran tərəfi ABŞ-a məxsus USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin raket zərbəsi ilə vurulduğunu və ciddi ziyan gördüyünü iddia edib. Bəzi İran mənbələrində gəminin batırıldığı barədə də məlumat yayılıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və Pentaqon isə bu iddiaları rəsmi şəkildə təkzib edib. ABŞ rəsmilərinin açıqlamasına görə, USS Abraham Lincoln fəaliyyətini davam etdirir və batırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Hazırda gəminin batırıldığına dair müstəqil təsdiqlənmiş sübut yoxdur. Münaqişə fonunda tərəflər arasında informasiya müharibəsinin də davam etdiyi müşahidə olunur.

visiontv.az