Bakıda qanunsuz tikili söküldü - Video
02.03.2026

Bakıda qanunsuz tikili sökülüb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Buzovna qəsəbəsi ərazisində fiziki şəxs  Vəziri  Fikrət  Nadir oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və  Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Xəzər  Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

 

visiontv.az