ABŞ prezidenti CNN kanalına telefon müsahibəsində və daha sonra New York Post qəzetinə danışıb.
“Onların bütün axmaqlığını başlarından çıxarırıq” — Tramp Yaxın Şərqdəki müharibə haqqında
ABŞ prezidenti Donald Tramp İranla müharibə barədə açıq və sərt danışıb. O bildirib ki, Amerika hərbçiləri artıq İranı “əzirlər”, amma “böyük dalğa” hələ qabaqdadır.
“Biz onların bütün axmaqlığını başlarından çıxarırıq” (“We’re knocking the crap out of them”), — deyə Tramp CNN aparıcısına bildirib.
“Məncə, hər şey çox yaxşı gedir. Bu, çox effektivdir. Dünyanın ən güclü ordusu bizdədir və biz ondan istifadə edirik”, — o əlavə edib.
“Böyük dalğa tezliklə gələcək”
ABŞ-ın hərbi zərbələrdən başqa İran xalqına kömək edib-etmədiyi sualına Tramp belə cavab verib:
“Bəli. Amma indi istəyirik ki, hamı evdə qalsın. Çöldə təhlükəlidir.”
O əlavə edib ki, vəziyyət daha da təhlükəli olacaq:
“Biz onları hələ lazımi şəkildə vurmağa başlamamışıq. Böyük dalğa hələ başlamayıb. Böyük dalğa tezliklə gələcək.”
Müharibə daha uzun çəkə bilər.
Mükafatlandırma mərasimində çıxışı zamanı Tramp deyib:
“Bəziləri deyir ki, bir həftəyə bundan bezəcəyəm (‘will get bored’). Amma mən bezməyəcəyəm (‘will not get bored’). Əgər bezmiş olsaydım, indi burada olmazdım.”
Bu sözlər müharibənin əvvəl deyildiyi kimi dörd-beş həftə yox, lazım gələrsə daha uzun davam edə biləcəyinə işarə edir.
Quru qoşunlarının göndərilməsi istisna edilmir
New York Post qəzetinə müsahibəsində Tramp ABŞ quru qoşunlarının İrana göndərilməsini də istisna etməyib:
“Mən quru qoşunlarından qorxmuram. Hər prezident deyir ki, ‘quru qoşunları olmayacaq’. Mən bunu demirəm”, — deyə o bildirib.
visiontv.az