İranda tezliklə ali rəhbər seçiləcəyi açıqlandı
04.03.2026

İranın Ekspertlər Şurasının (Şura-ye Xobreqan) üzvü Ayətullah Əli Moəllemi bildirib ki, ölkənin yeni ali liderinin seçilməsi prosesi uzun çəkməyəcək.

O, açıqlamasında vurğulayıb ki, Ekspertlər Şurasının üzvləri seçim zamanı şəxsi üstünlükləri nəzərə almayacaq və qərarlarını yalnız dini normalara əsaslanaraq verəcəklər.

Ayətullah Əli Moəllemi qeyd edib ki, narahat olmağa ehtiyac yoxdur, çünki seçki prosesi sürətli olacaq və keçmişdə olduğu kimi, inqilabın həlak olan lideri roluna uyğun bir şəxsiyyət ali rəhbər postuna gətiriləcək.

visiontv.az