Azad edilmiş ərazilərdə ötən ay 481 mina, 1621 PHS aşkarlanıb
02.03.2026

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə fevral ayı üzrə məlumat açıqlanıb.

Azərbaycan  Respublikasının  Minatəmizləmə  Agentliyindən (ANAMA)  verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs  Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 410 piyada əleyhinə mina, 71 tank əleyhinə mina, 1621 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 4264, 8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

visiontv.az