İraqdakı İrana bağlı qruplaşma olan Kətaib Hizbullah lideri Əbu Taleb əs-Səidi bildirib ki, ABŞ İrana qarşı hər hansı müharibəyə başlasa, təşkilat raketlər və pilotsuz təyyarələr vasitəsilə İraqdakı və bütün bölgədəki Amerika hərbi bazalarına zərbə endirməyə hazırdır.
Liderin sözlərinə görə, Kətaib Hizbullah Amerika və İran arasındakı münaqişənin bir hissəsi olub, neytral qalmayacaq. O, vurğulayıb ki, əvvəllər 12 günlük müharibə zamanı Ali Rəhbər Xamenei müdaxilə etməməyi əmr etmişdi, lakin hazırkı vəziyyət tamamilə fərqlidir.
Kətaib Hizbullah 2003-cü ildən fəaliyyət göstərən və ABŞ-nin İraqa müdaxiləsindən sonra yaradılmış bir şiə militant təşkilatdır. Təşkilat Livanın Hizbullah modeli əsasında qurulub və birbaşa SEPAH-ın Qüds qanadın tabedir.
visiontv.az