İsraildən İrandakı partlayışlara mənalı reaksiya
17.07.2025

İsrail Xarici İşlər Nazirliyinin farsdilli "X" hesabında Tehranda və İranın digər şəhərlərində son günlər baş verən partlayışlara münasibət bildirilib.

Nazirlik paylaşımında yazıb: “İslam Respublikası bölgədə uğursuzluğa düçar olmuş terrorçulara milyonlarla dollar göndərmək əvəzinə, ölkədə qaz borularını təmir etsə, daha yaxşı olmazdımı?”

Bu açıqlama İranın Qum şəhərində baş verən və bir binanın partlaması ilə nəticələnən son hadisədən sonra paylaşılıb. Hadisə ilə bağlı İran rəsmiləri partlayışın “qaz sızması” nəticəsində baş verdiyini açıqlayıblar. Lakin bu açıqlama cəmiyyətdə suallar doğurub və sosial şəbəkələrdə tənqidi reaksiyalarla qarşılanıb.

visiontv.az