İrana yüzlərlə silahlı göndərilib
15.10.2026

50.000 nəfər "Xalq Mübarizləri Cəbhəsi" adlı qrupa cəlb olunub və bu qrupların təxminən 1500 üzvü İranın daxilinə göndərilib.

Bu barədə hökumətə bağlı "Nur News" məlumat yayıb.

Məlumatda həmin qrupu bölgənin ərəb ölkələrinin himayə etdiyi və onlara hərbi və kəşfiyyat dəstəyi verildiyi iddia edilib.

Hökumət mediası son vaxtlar Sistan və Bəlucistan əyaləində baş verən silahlı toqquşmaların həmin qrupun işi olduğunu bildirib və bunun ölkədə təhlükəsizlik mühitini pozmağa hesablandığını yazıb.

visiontv.az