SEPAH-ın gizli əməliyyat bölməsinə yeni komandan təyin edild
15.10.2026

İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandanı İsmayıl Qaani xaricdə xüsusi əməliyyatlar həyata keçirməyə cavabdeh olan “840”-cı bölməyə yeni rəhbər təyin edib.

Məlumata görə, hazırda 64 yaşlı Müctəba Həqlesan sözügesən bölməyə rəhbərlik edir. O, daha öncə həmin strukturun kəşfiyyat bölümünə başçılıq edib. SEPAH-a yaxın mənbələrin iddiasına görə, bölmənin strukturu və komandanlıq heyəti ifşa edildikdən sonra onun adının “600”-cü bölmə olaraq dəyişdirilməsinə qərar verilib.

Bu dəyişikliklər “Qüds” qanadının gizli əməliyyat fəaliyyətinin yenidən qurulması ilə əlaqələndirilir. Qeyd olunub ki, sözügedən bölmənin fəaliyyəti İran hakimiyyətinin müxaliflərini və İsrailin maraqlarını hədəfə alan sui-qəsd və təxribat əməliyyatlarını əhatə edən daha geniş kampaniyanın tərkib hissəsidir.

visiontv.az