Sistan və Bəluçistan əyalətinin Səravan şəhərində İran polisi hərəkətdə olan şəxsi minik avtomobilinə xəbərdarlıq etmədən atəş açıb.
Bu haqda Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.
Atəş nəticəsində avtomobildə olan 3 nəfər həlak olub, hadisə yerindən keçən bir nəfər isə yaralanıb.
Bildirilib ki, toy karvanını müşayət edən avtomobildə olanlar bəluçların adəti üzrə havaya atəş açdıqlarına görə polis onları güllələyib.
Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluç həlak olub, 114 bəluç isə yaralanıb.
Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.
visiontv.az