İlandağ yazısı, Etiuni konfederasiyası və ya Naxçıvanın qədim dövlətləri
04.06.2026

İyunun 1-i 30 illik axtarışdan sonra Naxçıvanda İlandağ kitabəsi arxeoloqlar tərəfindən yenidən aşkarlanıb.

80-ci illərinin sonunda İlandağ ərazisində qaya üzərində göstərilən mixi yazılı mətn aşkar olunaraq elmi dövriyyəyə daxil edilib. Lakin abidənin yeri dəqiq göstərilməyib.

İlandağ kitabəsi e.ə. IX–VIII əsrlərdə bölgədə baş verən mühüm siyasi hadisələrə işıq salır. Kitabədə Urartu hökmdarları İşpuini və Menuanın yürüşlərindən bəhs edilir. Həmin dövrdə Urartunun əsas rəqiblərindən biri Araz çayının şimalında yerləşən Etiuni konfederasiyası idi.

Etiuni vahid dövlət deyil, müxtəlif tayfa və knyazlıqların yaratdığı güclü siyasi birlik idi. Tarixçilərin fikrincə, onun ərazisi indiki Ermənistanın böyük hissəsini, Göyçə gölü hövzəsini və bəzi qonşu bölgələri əhatə edirdi. Urartu mixi yazılarında Etiuni ilə aparılmış çoxsaylı müharibələr qeyd olunur və bu konfederasiyanın Urartu üçün ciddi təhlükə yaratdığı görünür.

Bəzi tədqiqatçılar Naxçıvanın da Etiuni təsir dairəsinə daxil ola biləcəyini düşünürlər. İlandağ kitabəsi göstərir ki, Urartu hökmdarları bu bölgəyə hərbi yürüş etməyi və öz hakimiyyətlərini nümayiş etdirməyi vacib hesab edirdilər. Bu isə Naxçıvanın qədim dövrdə sadəcə yaşayış məskəni deyil, regional siyasi mübarizələrin mərkəzlərindən biri olduğunu göstərir.

İlandağ yazısı təkcə bir kitabə deyil, həm də Urartu ilə Etiuni arasında minilliklər əvvəl baş vermiş siyasi rəqabətin daş üzərində həkk olunmuş canlı şahididir.

Bir Saksayuaman şəkili ola bilər

Neandertal

visiontv.az