Netanyahu Livanda quru əməliyyatı keçirmək təklifini rədd edib
04.06.2026

İsrailin Baş naziri Benyamin Netanyahu ötən gün İsrail Müdafiə Ordusunun Livanda genişmiqyaslı quru əməliyyatı keçirmək təklifinə qarşı çıxıb.

Visiontv.az  "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun radiostansiyası məlumat yayıb.

Bildirilib ki, B.Netanyahunun çağırdığı təhlükəsizlik məsələləri üzrə məhdud tərkibli müşavirə zamanı İsrail Müdafiə Ordusu Baş nazirə Livanda genişmiqyaslı quru manevri planını təqdim edib.

İsrailin müdafiə naziri İsrael Kats və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir İsrail ordusunun təklifini dəstəkləyiblər. Lakin radiostansiyanın məlumatına görə, Netanyahu bu təklifə ehtiyatla yanaşıb. Bu yanaşma  ABŞ Prezidenti Donald Trampın bu həftənin əvvəlində Beyrutda "Hizbullah" obyektlərinə planlaşdırılan zərbələrin və İsrailin Livan ərazisindəki genişmiqyaslı hərəkətlərinin qarşısını almaq üçün müdaxilə etməsi fonunda baş verib.

visiontv.az