"Xameneyinin dəfn mərasimi Tehran, Qum və Məşhəddə keçiriləcək"
04.06.2026

Tehran meriyasının rəsmisi bildirib ki, İslam Respublikasının öldürülən ali rəhbəri Əli Xameneyi ilə “vida mərasimi” və dəfn mərasiminin Qum, Məşhəd və Tehran şəhərlərində keçiriləcəyi “dəqiqləşib”.

İran mediasının məlumatına görə, Tehran merinin sosial məsələlər üzrə müavini Məhəmməd Əmin Təvəkkülizadə çərşənbə axşamı qeyd edib ki, bu qurum “Tehranda keçiriləcək vida mərasimində 15-20 milyondan çox insanın iştirakı üçün hazırlıq işləri görür”.

O, mərasimin dəqiq vaxtını açıqlamasa da, bunun çox güman ki, Zilhiccə ayının sonunda və Məhərrəm ayının əvvəlində baş tutacağını bildirib.

Bu tarix təxminən iyunun sonları və iyulun əvvəllərinə təsadüf edir.

Fevralın 27-də ABŞ və İsrailin birgə hücumlarında öldürülən Əli Xameneyi hələ də dəfn olunmayıb.

Tehran merinin müavini əlavə edib ki, “vida mərasimi” üçün üç gün nəzərdə tutulub və Tehrandakı mərasimin 24 saat davam edəcəyi gözlənilir.

visiontv.az