Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub
04.06.2026

Dövlət Sərhəd Xidməti tərəfindən may ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 609 min 617 manat оlan qaçaqmal, о cümlədən ABŞ valyutası, spirtli içkilər, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.

Bu barədə  Dövlət  Sərhəd  Xidmətinin  Mətbuat  Mərkəzindən bildirilib.

Məlumata görə, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 319 kiloqram 182 qram narkоtik vasitə və 7338 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

visiontv.az