Tehran Apelliyasiya Məhkəməsi britaniyalı cütlüyün həbs qərarını qüvvədə saxladı
04.06.2026

Tehran Apelliyasiya Məhkəməsi bundan əvvəl İnqilab Məhkəməsinin britaniyalı məhbus Krig Formen və həyat yoldaşı Lindsi Formen barəsində çıxardığı qərarı qüvvədə saxlayıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb. 

Məlumata görə, hazırda Tehranın Evin həbsxanasında saxlanılan britaniyalı cütlüün hər biri "casusluq" ittihamına görə 10 il azadlıqdan məhrum edilib.

Onların məhkəmədə iştirak etmələrinə baxmayaraq, ittihamlarını sübur edən sənədlər təqdim olunmayıb və cütlüyün müdafiə çıxışı etmələrinə icazə verilmədiyi bildirilib.

Qeyd edək ki, motosikletlə dünya turuna çıxan Krig və həyat yoldaşı Lindsi Formen 2025-ci il dekabrın 30-da İranın Kirman əyalətindən keçdikləri vaxt saxlanılıblar.

visiontv.az