İran sərhədçiləri iki qardaşı güllələdi
04.06.2026

İran sərhədçiləri Sistan və Bəlucistan əyalətinin Əfqanistanla sərhəd Nimruz bölgəsində iki etnik bəlucu güllələyib.

Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Məlumata görə, pərakəndə yanacaq satışı ilə məşğul olan 19 yaşlı Yasir Özbəkzehi hadisə yerində həlak olub, onun qardaşı isə ağır yaralanıb.

Sərhədçilərin qardaşlara əvvəlcədən xəbərdarlıq etmədən bir başa atəş açdıqları bidlirilib.

visiontv.az