“Akkreditasiya mərkəzimizdə də bütün əməkdaşlar azərbaycanlıdır və fəaliyyətimizdə heç bir xarici platformaya istinad olunmur”.
Bu sözləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.
O bildirib ki, bu, fəxr edilməli məqamdır:
“Hazırda 3000 könüllü fəaliyyət göstərir. Onlardan 100-ə yaxını əcnəbidir”.
Adil Məmmədov həmçinin qeyd edib ki, WUF13-ün keçiriləcəyi Bakı Olimpiya Stadionunda "WUF13 Media Mərkəzi" tam mərkəzdə yerləşir: "Media mərkəzi elə bir ərazidə qurulub ki, istənilən nöqtədən ora rahat şəkildə getmək mümkündür. Ərazidə həmçinin istiqamətləndirici və məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmin lövhələr iştirakçılara istiqamətləri müəyyənləşdirməyə kömək edir".
visiontv.az