Aprel ayında İranda 52 növ əsas qida məhsulundan 44 məhsulun qiyməti kəskin bahalaşıb və bəzi məhsulların qiymətində rekord bahalaşma qeydə alınıb.
Bu barədə İran Statistika Mərkəzi məlumat yayıb.
Yağ, düyü, toyuq, ət, süd məhsulları və paxlalılar kimi əsas malların qiymətlərində kəskin artım müşahidə olunub. Bitki yağı və yemək yağı kimi bəzi malların qiymətləri ötən ilin aprel ayı ilə müqayisədə dörd dəfədən çox artıb, toyuq, yumurta və düyü kimi mallarda isə 150%-dən çox artım qeydə alınıb.
Bu, alıcılıq qabiliyyətinin azalması, artan inflyasiya və iqtisadi böhranın bir çox ailəni gündəlik ehtiyaclarının bir hissəsini ödəməkdən imtina etməyə məcbur etdiyi bir vaxtda açıqlanır. Ərzaq qiymətlərinin davamlı artması aşağı gəlirli qruplara daha çox təzyiq göstərib.
visiontv.az