Baş prokuror Xankəndidə vətəndaşları qəbul edəcək
13.05.2026

Mayın 20-də Baş prokuror Xankəndidə vətəndaşları qəbul edəcək.

Bu barədə  Baş Prokurorluğun Mətbuat  xidmətindən məlumat verilib.

Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev mayın 20-də, saat 10:00-da Xankəndi şəhər prokurorluğunun inzibati binasında Xankəndi şəhər, Ağdərə, Xocalı, Xocavənd və Şuşa rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xankəndi şəhərinə gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

visiontv.az