İcraçı direktor: WUF13 üçün xaricdən 165 tərcüməçi dəvət olunub
13.05.2026

"WUF13 üçün 165 tərcüməçi xaricdən dəvət olunub".

 Bunu mediatur  zamanı  WUF13  Azərbaycan Əməliyyat Şirkətinin İcraçı direktoru  Adil Məmmədov deyib. 

O bildirib ki, forumda işarət dili ilə izah da mövcuddur:

"WUF13 çərçivəsində 14 otaqda media üçün canlı yayım mövcud olacaq. Xaricdə olan və qeydiyyatdan keçmiş istənilən şəxs hibrid şəkildə WUF13 sessiyasına qoşula biləcək".

visiontv.az