"WUF13 çərçivəsində təşkil olunacaq pavilyonlarda 41 ölkə iştirak edəcək".
Bu sözləri mediatur zamanı WUF13 Azərbaycan Əməliyyat Şirkətinin İcraçı direktoru Adil Məmmədov deyib.
O bildirib ki, pavilyonlarda 14-ə yaxın xarici bələdiyyə nümayəndəsi iştirak edəcək.
Adil Məmmədov vurğulayıb ki, Azərbaycan pavilyonunun sahəsi 1500 kvadratmetr təşkil edir.
visiontv.az