Çeçenistanda FSB və QRU arasında savaş yenidən başlayacaq
19.01.2026

Rusiya kəşfiyyat orqanları Çeçenistana rəhbərlik etmək üçün namizədlər axtarmağa ən azı 1999-cu ilin yayında, hətta Dağıstan və Çeçenistanda hərbi əməliyyatlar başlamazdan əvvəl başlamışdılar. Bu məsələdə xüsusilə FSB və GRU arasında tam bir mübarizə gedirdi. Hərbi Kəşfiyyat (GRU) tabeçiliyində olan Vostok Batalyonuna rəhbərlik edən respublikanın önəmli klanlarından olan Yamadayev qardaşlarına (özəlliklə Ruslan Yamadayev Vahid Rusiya Partiyasının deputatı olmuşdu və qardaşı Sulim Yamadayev batalyonun komandirlərindən idi) stavka edirdi. FSB isə onlarla işləməyə razı olan Əhməd Kadırovla əməkdaşlığa başladı.

Kriminal avtoritet Movladi Atlangeriev rəhbər axtarışında əsas rol oynayıb. O, qəddarlığı və FSB ilə əlaqələri ilə tanınan çeçen dəstəsi olan Lazan cinayətkar qrupunun lideri idi. Atlangeriev Ramzanın atası Əhməd Kadırovu FSB rəisinin müavini German Uqryumovla danışıqlara gətirib. Onların ilk görüşləri Atlangerievin Mahaçqaladakı mənzilində baş tutub, sonra Kadırov Moskvaya gətirilib və orada Atlangerievin mənzilində yaşayıb. Oradan o, Putinlə ilk danışıqlar üçün Kremlinə aparılmışdı. Bu razılığın ehtimal olunan səbəbi Moskvanın Çeçenistan rəhbərliyinə namizədlərə təklif etdiyi "mükafatlar" idi. Bunlara böyük bir şəhərdə sərbəst şəkildə reketçilik etmək imkanı (Novorossiysk təklif olunurdu), beş milyon dollar nağd pul və Soçidə şəxsi istifadə üçün bahalı bir ev daxil idi. Daha sonra, şəxsi görüş zamanı Putin Əhməd Kadırova namaz xalçası da hədiyyə etdi.

Bu danışıqlarda iştirak edənlərin demək olar ki, hamısı artıq ölüb. Atlangeriyevin 2008-ci ildə Ramzan Kadırovun adamları tərəfindən qaçırıldığı və Çeçenistanda öldürüldüyü iddia edilir. Kremlin 1999-cu ildə məsləhətləşmələr apardığı tanınmış çeçenlərdən biri olan iş adamı Ziya Bajayev qısa müddət sonra təyyarə qəzasında öldü. Ramzanın adamları ölkədə onların ən qanlı düşməni olan keçmiş səhra komandirləri (GRU-nun təmsilçiləri) Ruslan və Sulim Yamadayev qardaşlarını öldürdülər. Nəhayət, Putinin hakimiyyətinin əvvəlində o vaxtlar Çeçenistana cavabdeh olan FSB rəhbərlərindən biri olan German Uqryumov qəfildən (hamamda) öldü.

İndi isə Ramzan Kadırovun sağlamlığında yaranan problemlər ilə bağlı bir sıra məlumatlar dolaşır və bu fonda Kadırovun özü və Kremlin üçün VARİS axtarışı yenidən gündəmə gəlir. Bir sıra məlumatlara görə prezident administrasiyası Axmat xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinovu Çeçenistanın gələcək rəhbəri kimi görür. Eyni zamanda, onun adı Çeçenistanın "gizli həbsxanalarında" işgəncələrin yayılması ilə əlaqələndirilir. İllər ərzində o, insan haqlarının pozulması və qonşu ölkəyə müdaxilə etdiyinə görə ABŞ, Latviya, Böyük Britaniya və Ukrayna tərəfindən sanksiyalara məruz qalıb. FSB nümayəndələrin bir qismi isə Alaudinova qarşı çıxış edərək, respublikadan hazırkı Dövlət Dumasının deputatı Adam Delimxanovu Çeçenistan rəhbərinin varisi kimi təklif edirlər.

Çeçenistanın siyasi mənzərəsinin rejim dəyişikliyi ərəfəsində təhlili göstərir ki, Putinin regionun mövcud idarəetmə modelini kökündən dəyişdirməkdən başqa çarəsi yoxdur. Yalnız Çeçenistanın Rusiyanın hüquqi bazasına qayıtması (hazırda nə qədər sarsıntılı olsa da) regionda sabitliyi təmin edə bilər.

Bütün digər variantlar Kadırovun oğulları seçilənə və ya regional lider təyin olunana qədər regent təyin etmək və ya sadəcə Çeçenistan liderini əvəz etmək respublika daxilində klanlararası hakimiyyət uğrunda acı mübarizəyə səbəb olacaq və Rusiya ordusunun yenidən həll etməli olduğu qanlı daxili münaqişələrə səbəb ola bilər.

Pərviz Əliyev

visiontv.az