“Bloomberg”: İran Hörmüz boğazı vasitəsilə neft tədarükünü artırıb
22.06.2026

ABŞ-nin İran gəmilərinə qarşı tətbiq etdiyi blokadanın aradan qaldırılmasından sonra Tehran Hörmüz boğazı vasitəsilə neft ixracını regionda münaqişənin başlanğıcından bəri ən yüksək səviyyəyə çatdırıb.

“Bloomberg” agentliyinin məlumatına görə, iyunun 22-də “Elva”, “Virgo” və “Vigor” supertankerləri İranın Xark adasından çıxaraq Sinqapura doğru üzməyə başlayıb. Ekspertlərin sözlərinə görə, İran nefti adətən Sinqapur yaxınlığında digər gəmilərə yüklənərək Çin bazarına tədarük olunur.

Bundan öncə isə İran Oman körfəzində yerləşən Çabahar limanından 20 milyon barel neft ixrac edib.

Qeyd edək ki, ötən həftə İran Prezidenti Məsud Pezeşkian və  ABŞ Prezidenti Donald  Tramp arasında 14 bənddən ibarət anlaşma memorandumu imzalandıqdan sonra Hörmüz boğazından keçən gəmi daşımalarının ümumi həcmi artmaqdadır.

visiontv.az