Xocalıdan toy xəbəri
Xocalıdan toy  xəbəri
25.10.2024 Hikmət Babaoğlu Tərəfindən

Alooo, salam Hikmət müəllim, həftəsonu Bakıdamı olacaqsınız?

Bəli ....

Səfəriniz yoxdur ki ...?

Telefonun digər ucundakı dostum və əqidədaşımın nə isə demək istədiyini ancaq tərəddüd etdiyini hiss edərək buyurun dedim , həftəsonu heç bir işim yoxdur .Bunu eşidən dostum Sizi toya dəvət etmək istəyirəm , Xankəndində olacaq dedi .Harada olacaq, Xankəndində ?- deyə sual etdim ancaq bu sualdan daha çox nidaya bənzəyirdi .Həyacan və sevinclə mütləq gələcəm dedim .Və düz bir həftə Xankəndinə toya getməyin xoş emosional duyğuları içərisində günləri iplə çəkməyə başladım .İllər uzunu xəyal etdiyimiz , arzusunda olduğumuz, 200 yüz ildir bizdən demoqrafik olaraq,son 100 ildə isə rəsmən xüsusi statusla qoparılmış vətən torpaqlarına toya getməkdən daha xoş və daha qürurverici nə ola bilərdi ki ....!

YAP böyük bir ailədir

Məni oğlunun toyuna dəvət edən YAP Xocalı rayon təşkilatının sədri dostum və əqidədaşım Vahid müəllim idi .Xocalısız , Qarabağsız günlərimizdə birgə mübarizə aparıb birgə dərtləşmişdik .Ulu Öndər Heydər Əliyev siyasətinin Qarabağımızı bizə qaytaracağına birgə inanmışdıq .Bu gün isə tarixi qələbəmizə birlikdə sevinmək , birgə qürurlanmaq hətta birgə qol qaldırıb oynamaq vaxtımız idi .Tanrıya çox alqışlar olsun !

Xankəndinə toya gedirəm !

Həftəsonuna qədər qabağıma çıxan hər kəsə şənbə günü Xankəndinə toya gedirəm dedim .Bu sevincimi hamıyla bölüşmək istəyimdən irəli gəlirdi .Elə bil ki , ürəyim mənə diqtə edirdi ki , qarşına çıxan hər kəsə bu xəbəri çatdır .Mən də uşaq kimi ürəyimin diqtəsi ilə bu xəbəri hamıya necə deyərlər car çəkirdim .Nəhayət gözlədiyim an gəlib çatdı .Səhər tezdən Xan babamızın kəndinə doğru yola çıxdım .

Anadır , arzularam hər zaman Qarabağ

Danışar, dil-dodağın tar ,kaman Qarabağ !

Xankəndində ,, Meydan ,, şadlıq evindən tar-kaman səsələri göyə ucalırdı .Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi Şuşada söylədiyi sözləri xatırladım . Bura Cıdır düzüdür. Hər birimiz üçün əziz, doğma Cıdır düzü. Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq. Prezident İlham Əliyev bu sözləri 2021-ci ildə Şuşda,Cıdır düzündə tələffüz edəndə belə biz hələ də bir gün Xankəndinə toya gedə biləcəyimizə inanmırdıq. Ancaq O , bilirdi və inanırdı ! Elə bu düşüncələr içərisində də toy mərasiminə daxil oldum .Tanımadığım iki müğənni muğamatımızın xiridarı kimi milli musiqimizin notları və rtimlərindən elə bir ahəng yaradırdılar ki , insan cənnət Qrabağda olduğunu bir daha , bir daha qana-qana dərk edirdi !Və mən elə bu mərasimdəcə musiqimizin , muğamımızın gələcəyindən əmin oldum .Çünki bu torpaqlarda muğam ayrı cür səslənir və bu torpaqlar bizə yeni yeni xanəndələr bəxş edəcək .Necə deyərlər , - İncitsən birini Qrabağda sən ,muğamat üstündə ağlayacaqdır !

Araikin toy faytonu

Meydan şadlıq evinin qarajında bir limuzin avtomobil , qarşısında isə bir at faytonu var .Öyrəndim ki , seperatçılar yeni terrorçular yetişdirmək məqsədi ilə ailə qurarkən zövqlərinə görə toy arabası kimi ya limuzindən ya da faytondan istifadə edirlərmiş .İndi isə limizin Şadlıq Evimizin , Araik isə Dövlət Təhlkəsizlik Evimizin zirzəmisində miskin günlərini yaşayırlar .Xan babamızın kəndində isə yeni terrorçular deyil, babamızın ruhuna layiq , onun ənənə və irsini davam etdirəcək , müzəffər ordumuzun sıralarında Ali Baş Komandanımız İlham Əliyevin ordusunu gücləndirəcək əsəgrlər dünyaya gələcək .Birinci vitse-prezidentimiz Mehriban xanım Əlievanın təşkil etdiyi Muğam müsabiqələrinin səsi Qrabağın və bütöv Azərbaycanımızın üstündən əksik olmayacaq !

Ay Laçın , can Laçın , can sənə qurban Laçın

Nə gözəl sözlərdir ! Ən gözəli isə odur ki , Laçın üçün canını qurban edən qəhrəmanlarımız bu yurdu özümüzə yenidən qaytardılar .Ruhları qarşısında baş əyirəm ! Toyun səhəri günü Laçına yola düşdüm .YAP Laçın rayon təşkilatının sədri, dostum və əqidədaşım İlqar müəllim israrla məni Həkəri çayının sahilində çay içməyə dəvət edirdi .İllər boyu Heydər Əliyev partiyasında bir ailəyə çevrilmiş ailə üzvü qədər doğma olan insanların dəvətnə əsal yox demək olmazdı .Laçın qədər adına bənzəyən ikinci şəhər bəlkə də dünyada yoxdur .Yüksək dağın zirvəsində oturub öz şikarını izləyən laçına bənzəyir əziz Laçın .Bu da laçın bulvarı ,bu da Preziden İlham Əliyev və Mehriban xanım Əliyevanın açılşını etdiyi həmin heyrətamiz gözəllik . Qayıtmaq məqamı çatanda isə İlqar müəllim dedi ki , keşkə elə burada oturub 3-4 gün söhbət etmək imkanımız olaydı.Əslində isə bu söhbətdən daha çox Laçına qyıdışımızn hesabatı , qələbəmizin və bizə bu qələbəni bəxş edənlərin fədakarlıqlarının qiymətləndirilməsi idi .

Bu gecə yuxuma girmişdi Şuşa

Cabbar ağlayırdı , Xan ağlayırdı ...

Allah Zəlmixan Yaquba rəhmət eləsin .Ruhun şad olsun ustad .Bu gecə mənim də yuxum girdi Şuşa .Ancaq ağlamırdı , sevinclə məni 17-ci dəfə öz qoynuna çağırırdı .Mən əziz Şuşamızı düz 16 dəfə ziyarət etmişdim .İndi isə 17-ci dəfə bu nazənin şəhərimizi aşiqanə sevgiylə qucaqlayacaqdım! Sən doymaq olmur Şuşa , nə yaxşı ki varsan , nə yaxşı ki bizimsən ! Nə yaxşı ki , Tanrımın kut verdiyi İlham Tanrıkut öz yenilməz ordusu ilə səni bizə qaytardı ! Tanrı yalnız sevdikərinə, seçdiklərinə kut verir ! Düz Mete Tanrıkuta , Gün Tegin Tanrıkuta , Atilla Tanrıkuta verdiyi kimi ! Sənə min alqış uca Tanrım !

Bu otları da caydana atın zəhmət olmasa

Çıdır düzündə payızın nəfəsi insanı kövrəldir , insanın ürəyinə bir nisgil gətirirdi .Ağacların və daşların dibində incə payız çiçəkləri gözə dəyirdi .Bir neçəsini qoparmaqdan özümü saxlaya bilmədim .Kəkliotu da Çıdır düzündə ayrı bir ətir saçırdı .Şuşda çay içəndə dəmləmək üçün verdiyim çiçəklər də kəklikotu çiçəkləri idi . Şuşa axşamlarının birində azad və xoşbəxt Şuşada çay içmək mənim üçün sözün əsil mənsasında bir xoşbəxtlik idi !

Payızda açan çiçək ...

Doğrusu belə anlarda insanının içərisində duyğu seli dalğalanaraq bəzən fırtına yaradır , bəzənsə sakitləşərək mirvari dənələri kimi ruhnun hər yerinə səpələnir .Payız çiçəkləri məni o qədər kövrəltdi ki , nə vaxtsa yazdığım şeir yadıma düşdü ...

Payızda açan çiçək

Ləçəklərin necə gözəl necə göyçək

Payızda açan çiçək

Bahar görmədən öləcək......!

Payızda açan çiçək

Bu nə qədər bu nə gerçək

Payızda açan çiçək qəmgin

qəmgin dərd çəkəcək....

...Sən payızda sevənlərin

Məhəbbət sirdaşısan

Sən Leyli eşqinin , Məcnun eşqinin

Sən Əsli eşqinin Kərəm eşqinin...

Qəmli yaddaşısan

Məhək daşısan...!

Payızda açan çiçək , heç vaxt solmayacaq

Payızda açan çiçək , əsla xəzəl olmayacaq

Payızda açan çiçək , hər ilk baharda

Təzə sevənlərin ruhuna qonacaq...!

Əziz Şuşa , əbədi şəhər ! Sən yazınla , qışınla , baharınla payızınla həmişə sevənlərin qəlbində olacaqsan ! Sən vətən sevgimizin simvolusan !

Millət vəkili Hikmə Babaoğlu

Bakı-Füzulu-Şuşa-Xankəndi- Laçın-Suqovuşan -Bakı

visiontv.az