Tehran şəhərinin başçısı Əlirza Zakani fevralın 27-də ali rəhbər Müctəba Xameneyinin iqamətgahına edilən hücumla bağlı yeni təfərrüatları açıqlayıb.
Zakaninin sözlərinə görə, zərbə birbaşa onun və həyat yoldaşı Zəhra Həddad Adelin olduğu yerə dəyib. O bildirib ki, şiddətli baş ağrısı səbəbindən Həddad Adel həmin gün evdə qalıb və dərs dediyi məktəbə getməyib. Nəticədə onun hücum zamanı öldüyü, Xameneyinin isə yalnız “yüngül” xəsarətlər aldığı bildirilib.
Bu məlumat Zəhra Həddad Adelin ölüm yeri ilə bağlı daha əvvəl yayılan məlumatlarla ziddiyyət təşkil edir. Daha öncə bildirilmişdi ki, o, Əli Xameneyinin ailəsinin digər üzvləri ilə birlikdə ali rəhbərin ofisinə edilən hücum zamanı öldürülüb.
İranın ali liderinin ofisinin müavini Möhsün Qumi isə daha öncə Müctəbanın hücumdan xilas olması ilə bağlı deyib ki, o, zərbədən bir neçə dəqiqə əvvəl digər sakinlərin öldüyü binadan həyətə çıxmağa nail olub.
visiontv.az