Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edilib
14.08.2026

Paytaxt ərazisində avtoxuliqanlıq edən moped sürücüsü həbs edilib.

Visiontv.az  DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən  Xətai rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək özü və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan mopedin sürücüsü - 23 yaşlı Famil  Ağayev müəyyən olunaraq saxlanılıb.

Bakı şəhər DYP İdarəsindən bildirilib ki, sürücü barəsində  Azərbaycan Respublikasının İnzibati  Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü F.Ağayevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

visiontv.az