Şimali Koreya Rusiyaya 30-50 min nəfərlik hərbçi göndərməyi planlaşdırır
15.08.2026

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Şimali koreyalılar Rusiya ərazisində zaman-zaman peyda olurlar: "Biz bunu görürük, biz bunu bilirik. Əgər əvvəl söhbət yüzlərlə sonra isə minlərlədə gedirdisə, indi qərar verilib ki, Rusiya ərazisində 30-50 min nəfər koreyalı göndəriləcək”

Onun sözlərinə görə, Şimali Koreya müasir müharibənin aparılması təcrübəsi toplamaq istəyir və bunun üçün Rusiyadan lisenziya alacaq:

“Onlar bu müharibəni tədqiq edirlər və əgər biz başqa istiqamətdə - Sakit okeandakı mümkün böhranlardan danışırıqsa, o zaman Şimali Koreya Rusiyanın himayəsi altında müasir müharibənin aparılması təcrübəsini qazanmış olacaq. Ona görə də məncə Koreya Respublikası (Cənubi Koreya – red.) Ukrayna ilə daha sıx əməkdaşlıq etməlidir. Biz buna açığıq”.

Zelenskinin bu açıqlamalarına hələlik Rusiya və Şimali Koreyadan reaksiya verilməyib. Lakin bundan öncə bir neçə yüz Şimali Koreya hərbçisinin Rusiyanın tərəfindən döyüşdüyü bəlli olmuşdu. Moskva onları təltif etmişdi.

Ümumilikdə 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsindən sonra Moskva və Pxenyan arasında münasibətlər güclənməyə başlayıb. 2024-cü ildə tərəflər qarşılıqlı hərbi yardım haqqında saziş imzalamışdılar.

visiontv.az