İranın Lahican və Ermənistanın Sisian şəhərləri arasında qardaş şəhər müqaviləsi imzalanıb.
Müqaviləyə Lahican şəhərinin başçısı Rza Zəndedel və Sisian şəhərinin meri Hovsef Arakelyan tərəfindən Sisian şəhərində keçirilən mərasimdə imza atılıb.
Mərasim İranın Ermənistandakı səfiri Xəlil Şirqulami, İranın Qafan şəhərindəki Baş konsulu Murtuza Abedin Vəramin və hər iki ölkədən bir qrup rəsminin iştirakı ilə həyata keçirilib.
Müqavilə çərçivəsində iki şəhər arasında mədəniyyət, turizm, iqtisadiyyat və şəhərsalma sahələrində qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
İslam Respublikasının İrəvandakı səfiri Xəlil Şirqulami müqaviləni İran və Ermənistan arasında münasibətlərin inkişafı baxımından fürsət kimi dəyərləndirib və şəhərlər arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
visiontv.az